Özbəkistan portalı Nizami Gəncəvi haqqında yazır
11.3.2016

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə uchildiz.uz portalında alim Cabbar Məmmədovun dahi şair və mütəfəkkir Nizami Gəncəvi haqqında məqaləsi yayılıb.

Məqalədə filosof şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir, onun “Xəmsə”sinin dünya mədəniyyətinin inciləri siyahısına daxil edilməsi fəxrlə bildirilir.

Məqalədə Nizami Gəncəvinin doğulduğu və yaşadığı Gəncə şəhəri haqqında da oxuculara məlumat verilir.

azertag.az