“Nağara məktəbi” dərsliyi oxucuların istifadəsinə verilib
11.3.2016

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azər Əliyev, Fazil Cəfərov, Çingiz Absəlimovun birgə hazırladıqları “Nağara məktəbi” dərsliyi çap olunub.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, kitaba Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri, eləcə də rus və Avropa klassiklərinin əsərlərindən hissələr, Azərbaycan xalq mahnı və rəqs materiallarından nümunələr daxil edilib. Bu kitabı tərtib etməkdə məqsəd tədris proqramının inkişaf dairəsini bir qədər də genişləndirmək və müəllimlərin müasir pedaqoji təcrübəsindən daha səmərəli bəhrələnmələrinə kömək etməkdir. Dərslik uşaq musiqi və incəsənət məktəbləri üçün nəzərdə tutulub.

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan kitab nazirliyin tabeliyində olan musiqi məktəblərinə və digər aidiyyəti qurumlara paylanılacaq.

azertag.az