Martın 12-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, gecə yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Martın 12-13-də Abşeron yarımadasında meteroloji amillərin normal sutkalıq gedişi meteroloji insanlar üçün əsasən əlverişli olsa da, ayın 14-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən giləvar küləyi narahatlıq hissi yarada bilər.
azertag.az