“Apple” yeni “iPhone” və “iPad”in təqdimat tarixini açıqladı
11.3.2016

ABŞ-ın “Apple” korporasiyası martın 21-də Kupertinoda keçirəcəyi təqdimat üçün mediaya dəvətnamə göndərib. Şirkətin yeni smartfon və planşetlərini təqdim edəcəyi gözlənilir.

İKT. “The Verge” saytına istinadən verdiyi xəbərə görə, “Apple” martın 21-də yeni məhsullarını - “iPhone SE” (special edition – xüsusi versiya) və “iPad”in yenilənmiş versiyasını nümayiş etdirəcək. “iPhone SE” modelinin zahirən “iPhone 5S”lə eyni olacağı, lakin daha yaxşı xarakteristikaya malik olacağı bildirilir. Yeni smartfon A9 prosessoru, 8 meqapiksellik kamera və “Touch İD” barmaq izi datçiki ilə təchiz olunacaq.

21 martda klaviatura və stilusla təchiz olunmuş yeni “iPad Pro”nun təqdim ediləcəyi də gözlənilir.

lent.az