Dünyanın ən böyük sərnişin gəmilərindən olan "Harmony of the Seas" ilk sınaq səfərinə çıxıb.
Anadolu Agentliyinə istinadla xəbər verir ki, Fransanın “STX France” şirkəti tərəfindən inşa edilən 362 metr uzunluğu, 66 metr eni olan gəmi manevr qabiliyyəti və təhlükəsizlik sistemlərini sınamaq məqsədilə üç gün dənizdə qalacaq.
8 min sərnişin tutumuna sahib gəmidə 2 mindən çox personal çalışacaq. Dünyanın ən böyük sərnişin gəmilərindən olan "Harmony of the Seas"in mayın 12-də ilk səfərini etmək üçün Aralıq dənizinə istiqamətlənməsi planlaşdırılır.
İçində hovuzları, oyun salonları və digər komfortlu şəraiti olan gəmidə səfər etmək istəyən sərnişinlər kayutaların keyfiyyət fərqinə görə 400-1200 avro ətrafında ödəniş edəcəklər.
azertag.az