“Snapchat” sosial şəbəkəsi “ağıllı” eynək yaradır
14.3.2016

“Snapchat” sosial şəbəkəsi özünün eksklüziv “ağıllı” eynəklərini yaratmaq üçün təcrübəli mütəxəssislərdən ibarət komanda yığır.

Məlumata görə, cəmi 5 il öncə yaradılmış şirkət hazırda 16 milyard dollar dəyərində qiymətləndirilir. Bu səbəbdən şirkət ən yaxşıların yaxşısı olan mütəxəssislərini işə götürmək imkanına malikdir.

“Ağıllı” eynəklərin üzərində işləmək üçün “HoloLens ot Microsoft” layihəsinin tərtibatı üzərində iştirak etmiş Mark Dikson cəlb edilib. Həmçinin “Snapchat”ın iddialı layihəsi üzərində virtual reallıq sahəsində tanınmış mühəndis Eytan Pilipski və “iOptik” şirkətinin tərtibatçısı, “Eyewear” - qarışıq reallıq eynəyinin qurucusu Louren Morris işləyəcəklər.

Prinsipcə “Snapchat” hələlik öz layihəsini olduqca sirli bir layihə kimi təqdim edir. Ancaq belə dəqiq personalın cəlb edilməsi, həmçinin şirkət tərəfindən “üzün yuxarı hissəsinə qoyula biləcək xüsusi effektlərin yaradılması üçün” əlavənin anons edilməsi artıq hər şeyi deyir.

lent.az