Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı
15.3.2016

TQDK məlumat yayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən martın 13-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

TQDK-dan  verilən məlumata görə, nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.


www.oxu.az