Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının günləri açıqlanıb
6.6.2012

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının günləri yenidən müəyyənləşib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 20-də, IV ixtisas qrupu üzrə iyulun 27-də, II ixtisas qrupu üzrə isə avqustun 3-də keçiriləcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları III ixtisas qrupu üzrə iyulun 18-24-də, I ixtisas qrupu üzrə iyulun 24-30-da, IV ixtisas qrupu üzrə isə iyulun 31-dən avqustun 8-dək olacaq.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 24-də, rus bölməsi abituriyentlərinin Azərbaycan dilindən ikinci imtahanı isə iyulun 7-də keçiriləcək.

APA