“iPhone SE” çıxandan sonra “iPhone 5S”in qiyməti 250-350 dollara düşəcək
15.3.2016

Martın 21-də “Apple” korporasiyasının növbəti yeni məhsulunun rəsmi təqdimatı keçiriləcək.

Məlumata görə, mütəxəssislər güman edir ki, “iPhone SE” çıxandan sonra “iPhone 5S” smartfonlarının qiyməti 250-350 dollara qədər düşəcək. Buna səbəb reallaşdırılan məhsulların kəmiyyətini stabilləşdirməkdir.

“iPhone SE” smartfonu artıq mövcud olan “iPhone 5s” cihazının daha müasirləşdirilmiş versiyası olacaq. Bir sıra İT-mütəxəssislərinin fikrincə, yeni cihaz tam olaraq bazardan daha əvvəlki modeli sıxışdırıb çıxaracaq.

Amma aparıcı analitiklərin fikrincə, istehsalçı bu cihazları tam olaraq bazardan çıxarmayacaq və qiymətini xeyli aşağı salacaq. Belə ki, 250-350 dollara bu smartfonu Hindistan kimi o qədər də imkanlı olmayan bir ölkədə əldə etmək olacaq. Bununla da korporasiyanın bu ölkənin ərazilərindəki satış göstəriciləri bir qədər də artmış olacaq. Təsdiqlənməmiş məlumata görə, yeni cihazın qiyməti 450 dollar təşkil edəcək.

lent.az