MTV film mükafatları təqdim edilib
6.6.2012

2012-ci ilin MTV film mükafatları sahiblərinə təqdim edilib.

GoMap.Az TRT-yə istinadən bildirir ki, ABŞ-ın Los-Anceles şəhərində keçirilən təntənəli mərasimdə "ilin filmi" mükafatını "Alacaqaranlıq Əfsanəsi: şəfəq vaxtı" filmi alıb.

"Ən yaxşı aktrisa" və "ən yaxşı aktyor" mükafatları "Aclıq oyunları" filminin baş rol oyunçuları Cenifer Lorens və Coş Hatçersona verilib.

"Ən yaxşı pis obraz" mükafatı isə "Partondan xilasolma sənəti" adlı filmindəki roluna görə Cenifer Anistona təqdim edilib.

Milli.Az