ABŞ-ın “Apple” korporasiyası martın 21-də Kaliforniya ştatının Kupertino şəhərində yeni məhsullarını - “iPhone SE” (special edition – xüsusi versiya) və “iPad Pro”nun yenilənmiş versiyasını nümayiş etdirəcək.
“3dnews.ru” saytına istinadən verilən xəbərə görə, “iPhone SE” modelinin zahirən “iPhone 5S”lə eyni olacağı, lakin daha yaxşı xarakteristikaya malik olacağı bildirilir. Yeni smartfon A9 prosessoru, 8 meqapiksellik kamera və “Touch İD” barmaq izi datçiki ilə təchiz olunacaq.
Həmin gün klaviatura və stilusla təchiz olunmuş yeni “iPad Pro”nun da təqdim ediləcəyi gözlənilir.
azertag.az