Ölkəmiz Ufa şəhərində keçiriləcək festivalda təmsil olunacaq
15.3.2016

Başqırdıstan Respublikasının Xalq Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə mayın 17-dan 19-dək Ufa şəhərində “Ural mono” türk gəncliyin müsabiqə-festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, sözügedən festivalda ölkəmizi Prezident təqaüdçüləri Mədinə Şahgəldiyeva (kamança), Aygül Həsənova (kanon) və konsertmeyster qismində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Sevinc Kərimova təmsil edəcək.

Qeyd edək ki, nazirliyin dəstəyi ilə festivala qatılacaq musiqiçilərimiz bır sıra müsabiqələrin iştirakçısı olub və müxtəlif dərəcəli diplomlar qazanıblar.

azertag.az