Bu gün Xəzər telekanalında nümayiş etdirilən “Aramızda qalsın” teleserialının baş qəhrəmanlarından birinin rolunu ifa edən Kamilə Babayevanın toy günüdür.
Toy mərasimi “Platin” şadlıq evində baş tutacaq.
Toyda Kamilənin qohumları ilə bərabər sənət yoldaşları da iştirak edəcək.
Xatırladaq ki, 37 yaşlı teleaparıcı bu il aprelin 7-də artıq bir neçə ildir sevdiyi şəxslə nişanlanmışdı.
Qeyd edək ki, medianın toyu işıqlandırmasına toy sahibləri tərəfindən qadağa qoyulub.
Gün.Az