Məşhur cazmen, bəstəkar, pianoçu, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin doğum günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC və 106.3 FM birgə layihə hazırlayıb. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev deyib.
O bildirib ki, martın 16-da saat 15:00-dan etibarən Bakı Metrosunun bütün stansiyalarında 106.3 FM-də hazırlanan, məşhur cazmenin xatirəsinə həsr olunan xüsusi proqram yayımlanacaq. Proqram 3 saatdan artıq davam edəcək.
Qeyd edək ki, Azərbaycan caz musiqisinin və caz-muğam üslubunun banisi sayılan Vaqif Mustafazadə 1940-cı il martın 16-da anadan olub.
AZƏRTAC