Bakı Metrosunun bütün stansiyalarında Vaqif Mustafazadəyə həsr olunan xüsusi proqram yayımlanacaq
16.3.2016

Məşhur cazmen, bəstəkar, pianoçu, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin doğum günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC və 106.3 FM birgə layihə hazırlayıb. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev deyib.

O bildirib ki, martın 16-da saat 15:00-dan etibarən Bakı Metrosunun bütün stansiyalarında 106.3 FM-də hazırlanan, məşhur cazmenin xatirəsinə həsr olunan xüsusi proqram yayımlanacaq. Proqram 3 saatdan artıq davam edəcək.

Qeyd edək ki, Azərbaycan caz musiqisinin və caz-muğam üslubunun banisi sayılan Vaqif Mustafazadə 1940-cı il martın 16-da anadan olub.

AZƏRTAC