Yeni “Cruze” universalı Azərbaycanda bu ilin sentyabr ayında satışa çıxarılacaq
“Cruze Station Wagon” universalı, özündə ailəvi avtomobildən gözlədiyiniz hər şeyi özündə birləşdirir.
Onun eleqant və iti cizgiləri ümumi diqqəti cəlb edəcək, yığılma və işlənmə keyfiyyəti isə ən yüksək standartlara cavab verir.
“Cruze Station Wagon” bir neçə qənaətli mühərriklə – mövcud olan 1,6 litr həcmli benzin və 2.0 litr dizel mühərrikə əlavə olaraq 1,4 litri benzin və 1,7 litrli dizel mühərriklə təchiz olunub.
Alıcılar seçimlərindən asılı olaraq bu mühərriklərindən birini seçə bilərlər.
Avtomobil geniş və rahat salonla təchiz olunub. Bundan başqa bütün aldıqlarınız əşyalar və hətta iri mebelin yerləşəyəcəyi transformasiya olunan yük bölümü də mövcuddur.
Bu avtomobilin hansı qiymətə satılacağı isə hələ bilinmir.
Gün.Az