"İnstagram" lenti istifadəçinin zövqü əsasında formalaşacaq
16.3.2016

Foto və video paylaşmağı nəzərdə tutan "İnstragram" servisi istifadəçinin şəxsi xəbər lentini formalaşdırarkən yeni alqoritmdən istifadə edəcək. Bundan sonra lentin yenilənməsi istifadəçilərin üstünlük verəcəyi xəbərlərin və digər insanlara münasibəti əsasında qurulacaq.

"İnstagram" şəbəkəsi bildirir ki, proqram istifadəçiləri adətən şəxsi lentlərinin kontentini orta hesabla 70 faizini qaçırırlar. Proqramın artması və genişlənməsi nəticəsində çoxsaylı yüklənən foto və videolara baxmaq çətinləşir. Bunun nəticəsi olaraq istifadəçi onu ən çox maraqlandıran xəbərləri izləyə bilmir.

Yeni alqoritm artıq Facebook sosial şəbəkəsində istifadə olunur. İnstagram lentinin yeni seçim sisteminin yaxın aylarda buraxılması gözlənilir.

trend.az