Türkiyənin "Pegasus" büdcə aviaşirkəti Bakıdan Qəbələ aeroportuna avtobus transferi xidmətini işə salıb. Bunu Azərbaycanın turizm firmalarından birindən deyiblər.
Bakıda avtobuslar "28 May" metro stansiyası və "20 yanvar" metro stansiyasından yola düşəcək.
Firmadan deyiblər: "Reyslər həftədə 3 dəfə Mercedes Benz 403 (2012 Model ) avtobusları ilə həyata keçiriləcək. Avtobuslar Bakıdan çərşənbə, cümə və bazar günləri: saat 21:30-da "28 May" metro stansiyasından, "20 yanvar" metro stansiyasından isə saat 22:00-da çıxacaqlar. Avtobuslar Qəbələ aeroportuna saat 02:30-da gələcəklər. Əks istiqamətdə avtobuslar bazar ertəsi, cümə axşamları vvə şənbə günləri saat 04:30-da çıxacaqlar".
Tur boyu sərnişinlərə limitsiz sayda soyuq və isti içkilər və “avtobus daxili əyləncə”, WIFI pulsuz olaraq təklif edəcək. Yol boyu avtobus 15 dəqiqə fasilə edəcək.
Firmadan deyiblər: "Turizm agentliklərindən alınan avtobus qiymətləri 15 manat (tək gediş və 19 manat (gediş-gəliş) təşkil edəcək. Bir istiqamətə bilet onlayn alınarsa, 19 manat olacaq".
"Pegasus" martın 18-dən İstanbul-Qəbələ-İstanbul mütəmadi reyslərini yerinə yetirməyə başlayacaq.
trend.az