Azərbaycanda yay vaxtına keçid ləğv olunub. Bu barədə Nazirlər Kabinetinin qəbul etdiyi qərarda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin".
trend.az