A.S.Puşkinin abidəsi önündə Rus dili günü keçirilmişdir
6.6.2012

Dahi rus şairi A.S.Puşkinin abidəsinin ucaldıldığı bağda şairin doğum günü - iyunun 6-da Rus dili günü keçirilmişdir.
Ənənəvi olaraq burada hər il şairin yaradıcılığının pərəstişkarları toplaşır.

“Sodrujestvo” Azərbaycan xalqlarının həmrəyliyi Respublika Cəmiyyətinin Rusiyanın Azərbaycandakı səfirliyinin, “Rossotrudniçestvo” və Bakının Səbail rayonu İcra Hakimiyyətinin dəstəyi ilə təşkil etdiyi tədbirdə Bakı məktəblərinin şagirdləri çıxış etmişlər. Onlar A.S.Puşkinin əsərləri əsasında səhnəciklər nümayiş etdirmiş, dahi şairin şeirlərini oxumuşlar.

AzərTAc