Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq
17.3.2016

Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, tamaşada əsas partiyalarda Xalq Artisti Əli Əsgərov Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Səbinə Vahabzadə və Anton Ferştandt ifa edəcəklər.

Yerli vokal ustaları ilə yanaşı, tamaşada əsas rollardan biri olan Jermon partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Stanislav Trifonov dəvət olunub.

Opera tamaşasını dirijorların beynəlxalq müsabiqəsinin laureatı Əyyub Quliyev idarə edəcək.

azertag.az