Gənclər arasında cizgi kinosu sahəsində yaradıcılıq fəaliyyətini
canlandırmaq və dövlət sifarişi ilə müasir texnologiyalarla çəkilən
filmlərin istehsalını genişləndirmək məqsədi ilə Mədəniyyət və Turizm
Nazirliyi 2011-ci il sentyabrın 15-dən dekabrın 15-dək bir dəqiqəlik
uşaq cizgi filmləri müsabiqəsi elan etmişdir.
Müsabiqədə animasiya kinosu ilə məşğul olan şəxslər iştirak edə bilər.
Müsabiqəyə təqdim olunan filmlərə işlənmə texnikası üzrə məhdudiyyət
qoyulmur.
Müsabiqə iştirakçıları münsiflər heyəti tərəfindən baxılmaq üçün DVD
diskə köçürülmüş film və müəllifin adı, soyadı, əlaqə telefonları qeyd
edilmiş sənəd təqdim olunur. Müsabiqəyə təqdim olunan materiallar
Mədəniyyət və Turizm Nazirliyinin ünvanına göndərilir: AZ 1000, Bakı
şəhəri, Hökumət evi, 3-cü mərtəbə, otaq 329. Əlaqə telefonları: 493 21
15, 498 20 46.
Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:
I yeri qazanan filmin müəllifi 2012-ci ildə on dəqiqəlik cizgi filmi çəkmək hüququ qazanır.
II yeri qazanan filmin müəllifi 2012-ci ildə beş dəqiqəlik cizgi filmi çəkmək hüququ qazanır.
Qaliblərin adları 2011-cu il dekabrın 28-dək www.mct.gov.az saytında və «Mədəniyyət» qəzetində açıqlanır.