Bolqarıstanın Sozopol şəhərinin müqəddəs Nikolay Çudotvorç kilsəsinin yaxınlığında iki vampirin skeleti tapılıb. Qalıqlar XIII-XIV əsrlərinə aiddir. Ümumilikdə qazıntılar zamanı 70 insan qalığı tapılıb ki, onlar haqqında heç bir məlumat aşkarlanmayıb.
Yayılan informasiyalara əsasən, indiyədək Bolqarıstanda 100-dək insan skeleti tapılıb. Müasir dövrdə onların vampir olduğu bildirilir. Dmitrovun sözlərinə görə, belə insanlar yaşadıqları müddətdə çox qəzəbli olurlar, öldükdən sonra isə onları sinələrindən taxta və ya dəmirlə mismarlayırlar.
http://168.az