Martın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Alimlər evi” MMC-nin açılışı olub.
Xəbər verilir ki, Mərkəzi Elmli Kitabxanada keçirilən açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Alimlər evi”nin təsis edilməsinin əsas məqsədinin alimlər arasında münasibətlərin genişlənməsinə, elmi işlər barədə müzakirələrin aparılmasına şərait yaratmaq olduğunu bildirib.
Tədbirdə elmi-populyar təqdimat keçirilib, sənədli film göstərilib.
Mərasim incəsənət ustalarının konserti ilə davam edib.
azertag.az