Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin nəzdində Bakı Estrada Teatrı yaradılıb.
İdarədən bildirilib ki, Fariz Əliyev Bakı Estrada Teatrının direktoru təyin edilib.
Qeyd edək ki, Fariz Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O, “SOY” prodakşnın hazırladığı “Səs verməyin” şousunun, ATV kanalında yayımlanan “Belə yaxşıdır” və “Tamamla” verilişlərinin ssenari müəllifi, “Yeni bakılılar” klubunun prezidenti qismində Azərbaycanda keçirilən Şən və Hazırcavablar Klubunun (ŞHK) yarışmalarının təşkilatçısı və baş redaktoru olub. “My name is Intiqam-1”, “My name is Intiqam-2”, “Şər qarışanda” filmlərinin ideya və ssenari müəllifidir.
azertag.az