“Nar” operatorunun “Hədiyyə yağışı” lotereyasının nəticələri açıqlanıb
18.3.2016

“Nar” operatorunun “Hədiyyə yağışı” lotereyasının qalibləri mükafatlandırılıb.

Şirkətdən bildirilib ki, mobil operator tərəfindən elan edilmiş kampaniyanın qaydalarına əsasən, öz balansını ən azı 3 AZN dəyərində artırmış bütün abunəçilər heç bir əlavə ödəniş etmədən, avtomatik olaraq lotereya iştirakçılarına çevrilir və hər həftə “iPhone 6” smartfonu qazanmaq fürsəti əldə edirdilər. Bundan əlavə, balansını ən azı 5 AZN dəyərində artıran abunəçilər əsas uduşu – cari ilin martında oynanılan 15 min AZN məbləğindəki pul mükafatını udmaq imkanı qazanıblar.

“Hədiyyə yağışı” lotereyası barədə əlavə məlumatı “Nar” operatorunun internet səhifəsindən əldə etmək olar www.nar.az.

azertag.az