Şekspirin ilk teatrı tapıldı
7.6.2012

Londonun şərqində aparılan qazıntı işləri zamanı arxeoloqlar "Pərdə" teatrının qalıqlarını tapıblar.

Bu teatrda XVI əsrin sonlarında Uilyam Şeksprin "Romeo və Cülyetta" pyesinin premyerası olmuşdu.

Şordiçdəki "Pərdə" teatrı Temzadakı "Qlobus"dan da əvvəl fəaliyyət göstərmişdi.
"Pərdə"də Şekspirin bir neçə ən məşhur əsəri ilk dəfə səhnəyə qoyulub. XVII əsrdə söküləndən sonra "Pərdə"nin dəqiq yeri unudulmuşdu.

London Arxeologiya Muzeyinin ekspertləri çöl divarının iki hissəsini tapdıqlarından teatrın ölçüləri barədə dəqiq fikir yürüdə biləcəklər.

Milli.Az