Bakıda “Polyak gənclərin sənədli fotoqrafiya festivalı” keciriləcək
29.3.2016

Aprelin 2-də Bakıda “Polyak gənclərin sənədli fotoqrafiya festivalı”nın rəsmi açılışı olacaq.

Azərbaycan Fotoqraflar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, ‘IS(NOT)’ adlanan əsas ekspozisiya Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq.

Ekspozisiyada məşhur polyak fotoqrafları Rafal Milax, Aqneşka Rays, Adam Pançuk, Mixa Lujak və Yan Brıkdjinskinin İslandiya barədə təəssüratlarını əks etdirən fotolar yer alacaq.

Sərgi çərçivəsində polyak fotokitablarının təqdimatı da keciriləcək.

Aprelin 1-dən10-dək davam edəcək festivalın təşkilatçıları “Sputnik Photos”, “Oculi Populi”, Azərbaycan Fotoqraflar Birliyi və “People You May Know” təşkilatıdır.

Layihənın əlaqələndiriciləri Polşa tərəfdən Marzena Mixalek-Dabrovska, Azərbaycan tərəfdən - Məmməd Əliyevdir.

Daha ətraflı məlumat üçün www.sputnikphotos.com və facebook.com/sputnikphotos səhifələrinə müraciət edə bilərsiniz.

Ünvan: Bakı, İçərişəhər, Qala küçəsi 15. Müasir İncəsənət Mərkəzi.

AZƏRTAC