“Microsoft Research” tədqiqat bölməsi həmsöhbətlərin tam ölçüdə holoqrafik təsvirini yaratmaq qabiliyyətinə malik kommunikasiya sisteminin işini nümayiş etdirib. Bu sistem holoportasiya adlandırılıb.
“hitech.newsru.com” saytına istinadən verilən xəbərə görə “Microsoft”un bu ixtirası hələ ki "Ulduz müharibələri" və başqa fantastik filmlərdə təsvir edilmiş texnologiyanın tam təzahürü deyil. Skan etmək üçün translyasiya olunan meydançanın ətrafında qurulmuş bir neçə “3D” kameradan istifadə olunur. Bundan başqa, çəkiliş aparılan kameraya səhnədə kameranın yerdəyişməsini izləyən və artırılmış reallıq məzmununu adi təsvirə əlavə etməyə imkan verən qurğular qoşulur.
Təqdim olunan videoçarxda şirkətin nümayəndəsi həmkarlarından biri ilə münasibət qurur və onunla salamlaşır. Məlumata əsasən, yeni sistem sanki xatirələrə daxil olaraq görüntünü canlandırır.
Videoçarxla //hitech.newsru.com/article/28mar2016/holo linkində tanış olmaq olar.
azertag.az