"Chilli Cook Off" xeyriyyə tədbiri
7.6.2012

Beynəlxalq qadın klubu (BQK) növbəti xeyriyyə tədbiri təşkil edir. Bu dəfə sizi "Chilli Cook Off" aşpazların müsabiqəsinə dəvət edirik.

Burada sizi ləzzətli qonaqlıq -ətirli və acılı ədviyyatlı yeməklər, sərinlədirici içkilər, canlı musiqi, Dj Sam-dan Dj setləri, müxtəlif lotereyalar və bir çox əyləncələr gözləyir! Aşpaz kimi xarici şirkətlərin nümayəndələri çıxış edəcəklər və yeməklər açıq havada hazırlanacaq. Tədbirin keçirilmə məqsədi ehtiyacı olan insanlara kömək etməkdir. Tədbirdən əldə olunan vəsait Maştağa qəsəbəsində 1 saylı internata veriləcək.

Bilet : 15 AZN
16 iyun - 14:00

citylife.az