“Europe-3D Azerbaijan” layihəsi çərçivəsində Heydər Əliyev adına NEZ-ə ekskursiya təşkil edilib
29.3.2016

Avropada sənaye mühəndisliyi və menecment sahəsində ən nüfuzlu təşkilatlardan olan Sənaye Mühəndisliyi və Menecment üzrə Avropa Tələbələri Birliyinin (Europran Students of Industrial Engineering and Management- ESTIEM) “Europe-3D Azerbaijan” layihəsi çərçivəsində Heydər Əliyev adına neft emalı zavoduna (NEZ) ekskursiya təşkil olunub.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, Avropanın 20 müxtəlif ölkəsindən 25 xarici, eləcə də 10 azərbaycanlı tələbə zavodun katalitik krekinq üzrə 55 və katalitik riforminq üzrə 31 nömrəli texnoloji qurğularında olub, onlara zavodun fəaliyyəti, texnoloji qurğuların istismar prosesi, inkişaf perspektivləri, yeni qurğuların tikintisi, modernizasiya və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, “Multikulturalizm ili” elan edilmiş 2016-cı ildə “Europe-3D Azerbaijan” layihəsi kimi beynəlxalq layihələrin həyata keçirilməsi, o cümlədən bu cür layihələrin iştirakçılarının Heydər Əliyev adına NEZ-ə ekskursiyaları böyük əhəmiyyət kəsb edir.

azertag.az