Paytaxtda yağan yağışla əlaqədar hələlik yol təsərrüfatında problem yaranmayıb. "Azəravtoyol" ASC-nin əməkdaşları hazırda bu işə səfərbər olunub, yollar nəzarətdə saxlanılır.
Bu barədə "Azəravtoyol"un mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, avtomobil yollarının yağış sularından təmizlənməsi, asfalt örtüyünün su ilə dolmasının qarşısının alınması məqsədilə yollardakı yağış barmaqlıqlar təmizlənib.
Hazırda yağış sularının ötürülməsində problem yoxdur. Yağış sularının gətirə biləcəyi zibillərin qarşısının alınması məqsədilə yol təsərrüfatının səfərbər olunan işçiləri tərəfindən yağış barmaqlıqlara baxış keçirilir. Hələlik yol təsərrüfatında bununla bağlı problemlər yaranmayıb.
azertag.az