Martın 28-i axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlıq ərazilərdə yerləşən bəzi yaşayış məntəqələrinə qar yağır.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, qarın hündürlüyü rayonunun Xınalıq kəndinə 15, Qırızda 13, Rükdə 10, Qusarın Ləzə kəndində isə 12 santımetrə çatıb.
Quba və Qusarın dağlıq ərazilərində temperatur mənfi 2 dərəcəyədək aşağı düşüb.
azertag.az