Uşaq dəfnində ayıldı, sonra öldü - FOTO
7.6.2012

Braziliyada dünyanın ən nadir, unikal hadisələrindən biri baş verib. 2 yaşlı Kelvin Santos dəfnində dirilib, sonra yenidən ölüb.

Braziliyanın şimalındakı Belem şəhərində yaşayan Kelvin Santos bərk öskürürdü. 2 yaşlı oğlanın səhhətindən narahat olan valideynləri onu xəstəxanaya apardılar. Müayinədən sonra həkimlər dedilər ki, Kelvində ağır pnevmoniya var.

Ötən həftənin şənbə günü isə Kelvin xəstəxananın intensiv terapiyasından çıxarılaraq valideynlərinə təhvil verildi, çünki uşaq nəfəs almırdı.
Kelvinin valideynləri onu evə apardılar və dəfnə hazırlaşmağa başladılar.

Tabut evin qonaq otağına qoyulmuşdu, balaca Kelvin də tabutun içində idi.
Atası, anası, bacıları, qohumları tabutun ətrafına yığışaraq oğlan üçün ağlayanda qəflətən heyrətamiz hadisə baş verdi.
Ölü qəflətən dirildi.

Kelvin gözlərini açdı, ətrafına baxdı və oturdu.
Bir qədər sonra isə o, atasını gördü:
- Ata, su istəyirəm. Su verin...

Oğlanın atası Antonio Santos şoka düşmüşdü, çünki bir saat sonra oğlunu dəfn etməyə hazırlaşırdı.

"Hamı qışqırmağa başladı. Gözlərimizə inanmırdıq. Möcüzə baş verdiyini düşündük, Oğlumuz həyata qayıtmışdı", - Antonio Santos söyləyib.
Amma Santos ailəsinin sevinci çox çəkməyib. Kelvin su içən kimi yenidən tabuta uzanıb və ölüb.

Santos ailəsi dəfni bir saat təxirə salaraq balaca Kelvinin ayılacağını düşünüblər. Fəqət, axşam saat 5-dək Kelvin ayılmayıb və sonucda uşaq məzarlıqda dəfn olunub.

Antonio Santosun dediyinə görə, oğlu həkimlərin bisavadlığı və səhlənkarlığının qurbanı olub. O, xəstəxananı məhkəməyə verəcəyini deyib.

Milli.Az