Bu gün Polşada futbol üzrə 14-cü Avropa çempionatı start götürəcək. Varşavada keçiriləcək ilk oyunda A qrupunun nümayəndələri – meydan sahibləri Polşayla Avro-2004-ün qalibi Yunanıstan rastlaşacaqlar.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Maraqlıdır ki, 2004-cü ilin Avropa çempionatında da Yunanıstan millisi ilk oyunda meydana çıxaraq meydan sahibləri ilə qarşılaşmışdı. Həmin görüşdə yunanlar Portuqaliya yığmasına qalib gələrək sensasiyaya imza atmışdılar.
Saat 23.45-də isə qrupun digər iki komandası Rusiya və Çexiya qüvvələrini sınayacaqlar.
APA