Milli Məclis (MM) “Həmkarlar ittifaqı haqqında” qanuna dəyişiklik edəcək.
Məsələ MM-in Sosial siyasət və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub. İclasa sədrliyi hər iki komitənin sədri – Hadı Rəcəbli və Rəbiyyət Aslanova edib.
Qanuna təklif olunan əlavəyə görə, mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür.
Dəyişiklik layihəsi MM-in plenar iclasına tövsiyə olunub.
APA