Tanınmış rusiyalı quruluşçu baletmeyster və pedaqoq Aleksandra Tixomirova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Bakıya dəvət olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, A.Tixomirova teatrın balet truppasının sənətçiləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri ilə ustad dərsləri keçirəcək və Opera və Balet Teatrında bəstəkar A.P.Borodinin “Qıpçaq rəqsləri” adlı baletini səhnəyə qoyacaq.
Qeyd edək ki, Aleksandra Tixomirova hazırda Belarus Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteri və Sankt-Peterburq Dövlət Teatr sənəti Akademiyasının müəllimidir. O, 1997-2012-ci illərdə Rusiya, Estoniya, Finlandiya və Belarusda 60-dan artıq tamaşaya quruluş verib.
azertag.az