Bakı şəhərində çalışanların əməkhaqqı artıb
1.4.2016

Bu ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Bakı şəhərində çalışan işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 13,1 faiz artaraq 703,8 manat olub.
Bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, tikinti və bank, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

report.az