Mayın 25-də Azərbaycanın Xalq Artisti Alim Qasımov Almaniyanın Dortmund şəhərində konsert proqramı ilə çıxış edəcək.
Konsert Klangvokal (vokal səs) musiqi festivalı çərçivəsində baş tutacaq.
Bu il səkkizinci dəfə təşkil olunacaq Klangvokal musiqi festivalı mayın 13-dən iyunun 12-dək Dortmund şəhərində keçiriləcək. Dünyanın hər yerindən istedadlı rəssamları və ecazkar musiqiçiləri bir yerə toplayan festivalın dəyişməz şüarı “sərhədsiz”dir.
Festival çərçivəsində 25-dən çox tamaşanın premyerası nəzərdə tutulub.
Beynəlxalq musiqi festivalında Argentina, Kuba, Mərakeş və İran musiqiçiləri də çıxış edəcəklər.
azertag.az