“Qatar Airways” aviaşirkəti baharın gəlişi ilə əlaqədar 30%-ə qədər endirim kampaniyasına başlayıb.
Aviaşirkətdən bildilrib ki, “Qatar Airways” müştəriləri üçün xüsusi endirim kampaniyası həyata keçirir.
Dünyanın 150-dən çox səyahət istiqamətinə mütəmadi uçuşlar təşkil edən “Qatar Airways” bu dəfə Bakıdan Dubay, Maldiv, London, Nyu-York, Vaşinqton, Abu Dabi və s. aviareyslərə 30%-dək endirim tətbiq edəcək.
Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways”in Bakı ofisindən və ya www.qatarairways.com veb-saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər.
Qeyd edək ki, sözügedən kampaniya aprelin 18-dək davam edəcək və yalnız Bakıdan səyahət edən müştərilərə şamil ediləcək.
report.az