“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Bodrumda yerləşən “Palmarina Yalıkavak” adlı çimərliyinin açılışına dünya şöhrətli müğənni Rihannanı dəvət edib.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, 450 yaxtası olan qapalı çimərliyin açılışı iyunun 15-nə planlaşdırılır.
Xəbərdə göstərilir ki, Rihanna açılış törəninə xüsusi hazırlaşır. O, helikopterlə Bodrumda M.Mənsimova aid olan “Palmalife Otel”nə gələcək.
Daha sonra isə onun üçün ayrılan xüsusi yaxta ilə “Palmarina Yalıkavak” çimərliyinə yollanacaq.
Deyilənə görə, müğənni səfər öncəsi bəzi tələb və istəklərini irəli sürüb və onun istəkləri nəzərə alınıb.
Gün.Az