Aşıqlar Birliyinin üzvləri imtahan verməli olacaq
4.4.2016

Azərbaycan Aşıqlar Birliyi (AAB) üzvlərinin arasında attestasiya keçirilməsi və yenidən qeydiyyata alınması üçün komissiya yaradılıb.

AAB-dən bildirilib ki, bu məsələ iki ay müddətinə öz həllini tapacaq. Həmçinin birliyin döş nişanının və üzvlük kitabçasının eskizi də yenidən işlənib hazırlanacaq.

Bildirilib ki, üzvlüyə qəbul edilən şəxs 50-yə qədər aşıq havasını əzbər bilməli və sazda çalmağı bacarmalı, klassik aşıq havaları, açıq mühitləri, aşıq məktəbləri, dastanlar, şeir növləri haqqında məlumatlı olmalıdır.

azertag.az