Avstriyanın Graz şəhərində dünyasını dəyişən, çəkisi 200 kilodan ağır qadın yandırılmaq üçün aparıldığı krematoriyadakı fırında partladı. Şahidlərin dediyinə görə, fırında bir-birinin ardınca bir-neçə partlayış baş verib və krematoriyanı qara tüstü bürüyüb.
Krematoriya əməkdaşının sözlərinə görə, 200 kiloluq cəsədin partlamasına səbəb vücudda yığılmış çoxlu miqdarda yağ olub. Tez alışaraq partlayan cəsəd uzun müddət yandıqdan sonra külə dönüb.
Publika.Az