Amerikanın NBC kanalında bir komediya proqramında rol alan Kristal adlı meymun Nyu- York maqazin jurnalı üçün kamera qarşısına keçib.
Bu günə qədər Hollivud istehsalı olan populyar filmlərdə rol alan Kristal adlı meymun NBC televiziyasında yayımlanacaq komediya serialının ulduzu olub. Kristal serialın bir bölümünə görə 12 min dollar pul qazanacaq. “Muzeydə bir gecə”, “Hangover” kimi filmlərdə Hollivudun məşhur ulduzları ilə kamera qarşısına keçən meymun Los-Ancelesdə lüks bir hoteldə qalır.
Çünki “Animal Practice” adlı serialın çəkilişləri Los-Ancelesdə keçirilir. Maraqlidir ki, o, hətta təyyarəyə minəndə də biznes klasda uçur.
musavat.com