Doxsan dəqiqəlik qorxulu filmlərin insan orqanizminə təsiri yarım saat qaçarkən itirilən kaloriyə bərabərdir.
Londondakı Vestminster Universitetinin alimlərinin araşdırmalarına əsasən qorxulu filmlər insan çəkisinə təsir edir. Belə ki, ani qorxu hissi orqanizmdə adrenalinin artmasına səbəb olur. Bu da öz növbəsində kalori itkisi ilə nəticələnir.
Elm adamlarının hesablamalarına əsasən, 90 dəqiqəlik qorxu filminə baxan şəxs 113 kalori yandırır. Bu isə yarım saat qaçarkən itirilən kaloriyə bərabərdir.
musavat.com