Bu xəstəlik dinozavrlardan miras qalıb
5.4.2016

Amerikalı alimlər malyariya xəstəliyinin dinozavrlar dövründən miras qaldığını açıqlayıblar.

Alimlər bu xəstəliyin ilk dəfə 100 milyon il öncə ortaya çıxdığını müəyyənləşdiriblər. Mütəxəssislərin sözlərinə görə, xəstəliyin ilk qurbanları dinozavrlar və digər sürünənlər olub.

Hazırda alimlər dinozavrların yer üzündən silinməsində bu xəstəliyin rol oynayıb-oynamadığını araşdırır.

Malyariya xəstəliyi hər il təxminən 400 min insanın ölümünə səbəb olur. Bu günə kimi malyariyanın 8-15 milyon illik xəstəlik olduğu düşünülürdü.


publika.az