Britaniyalı alimlər kartofu ən vitaminli məhsul kimi dəyərləndirmişlər. Təəccüblüsü budur ki, bir çox mütəxəssislər uzun illər ona ən zərərli məhsullardan biri kimi yanaşmışlar.
Aparılan irimiqyaslı tədqiqatlar kartofun sağlam həyat tərzi müdafiəçilərinin səylə təbliğ etdikləri kələmdən, banandan, yaxud qozdan daha faydalı olduğunu aşkara çıxarmışlar.
Kartofdan müntəzəm istifadə (xüsusilə qaynanmış şəkildə) orqanizmin bir çox funksiyalarını normallaşdırır.
Kartofdan qabığı soyulmadan istifadə etmək daha faydalıdır.
Onun tərkibində banandan 5 dəfə çox sellüloz, böyük miqdarda C vitamini, qoz və günəbaxan tumunda olduğundan daha çox selen kimi vacib element vardır. Bütovlükdə kartof insan üçün ən yaxşı uyğunluqda vitamin və mikroelementlərin kompleksi kimi xarakterizə edilir.
AzərTAc