Aprelin 6-da Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
6.4.2016

Diametri 315 millimetrlik polietilen orta təzyiqli yeraltı qaz xəttindən qidalanan diametri 108 millimetrlik qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə aprelin 6-da saat 9-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Kürdəxanı və Balaxanı qəsəbələrində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, Xəzər rayonunun Südçülük sovxozu, Binə və Şüvəlan qəsəbələrində, Suraxanı rayonunun Hövsan qəsəbəsində, Abşeron rayonunun Novxanı bağ massivi, Digah, Məmmədli, Fatmayi və Goradil kəndlərinin və Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


azertag.az