Azərbaycan Dillər Universitetində (ADU) Mirzə Fətəli Axundovun “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” pyesi əsasında fransız dilində tamaşa səhnələşdirilib. Tamaşa “Frankofoniya həftəsi”nə həsr olunub.
ADU-dan bildiriblər ki, əvvəlcə son günlərdə cəbhədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tələbələr fransız dilində görkəmli yazıçı, dramaturq M.F.Axundovun həyat və yaradıcılığı barədə məlumat veriblər.
Daha sonra tələbələrin ifasında dramaturqun “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” pyesi fransız dilində göstərilib.
Tədbirdə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı Vinsan Loranzini Bakıda keçirilən “Frankofoniya həftəsi” barədə məlumat verib, universitetdə belə tədbirlərin keçirilməsini yüksək dəyərləndirib.
azertag.az