İyunun 12-də Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli və dünya şöhrətli musiqiçi, görkəmli violonçel ustası Dmitri Yablonski Monteneqronun Bar şəhərinin Kral Nikola Sarayında geniş konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycanın Rumıniyada, eyni zamanda Serbiya və Monteneqrodakı səfirliyindən bildirmişlər ki, konsert yerli əhali və burada istirahət edən turistlər tərəfindən yüksək maraqla qarşılanmışdır.